“XIV Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçiriləcək

15 YANVAR 2018 | VIEWS:
829

Türkiyənin İstanbul şəhərində “XIV Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçiriləcək.

İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan beynəlxalq konfrans Türk Dünyası Araşdırmalar Vəqfi, UNEC, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə aprelin 20-22-də baş tutacaq.

Konfransa xülasələrin göndərilməsi üçün son tarix 1 fevral, tam mətnin göndərilməsi için isə 15 mart 2018-ci ilədəkdir. Konfransla bağlı ətraflı məlumatı http://www.beykon.org/ linkinə daxil olmaqla əldə etmək mümkündür.

Qeyd edək ki, “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”na ötən ilin may ayında UNEC ev sahibliyi etmişdi.

830 1