Yunus Sosial Biznes Mərkəzindən inkubasiya proqramı

23 FEVRAL 2018 | VIEWS:
923

poster unecYunus Sosial Biznes Mərkəzi inkubasiya proqramına start verir.

UNEC tələbələri inkubasiya proqramı çərçivəsində icra etmək istədikləri sosial biznes istiqamətində startap layihələrini reallaşdıra biləcəklər.

Proqramın məqsədi gənc startapçılara yardım etmək və müxtəlif resurslar vasitəsilə onların sosial biznes ideyalarını dəstəkləməkdir. Həmçinin, LifeGuide Mentorship proqramında beynəlxalq və lokal şirkətlərin mütəxəssislərinin mentorluq dəstəyini əldə edə biləcəklər.

Əsas istiqamətlər:

  1. Təhsil
  2. Texnologiya
  3. Səhiyyə
  4. Kənd təsərrüfatı

*
Proqram çərçivəsində görüləcək işlər:

  1. Təqdim olunmuş formanı doldurulması
  2. 1-ci mərhələ: müsahibə (hər istiqamət üzrə 3 komanda)
  3. Mentorluq proqramı (əməkdaş şirkətlərin nümayəndələri tərəfindən)
  4. 2 – ci mərhələ: hakimlərin qiymətləndirilməsi (hər istiqamətdə 1 qalib komanda)
  5. 3 – cü mərhələ: mükafatlandırma (texniki, biznes və maliyyə dəstəyi)

*
Ümumi mükafat fondu 4000 AZN-dir.

Tələblər:

  1. Komanda  3-4  üzvdən ibarət olmalıdır
  2. Yalnız UNEC tələbələri üçün (Bakalavr, Magist/MBA)
  3. İdeyalar Azərbaycan, Rus, İngilis dilində təqdim edilə bilər
  4. İdeya sosial və iqtisadiyyat yönümlü olmalıdır
  5. İdeya yalnız qeyd olunan istiqamətlərdən ibarət ola bilər

*
Layihələrin qəbulu üçün son tarix:  28 Fevral
Müraciət üçün link: https://goo.gl/forms/Z7PaPehzcbcpzfsu2
Əlaqə nömrəsi +994702920518

Əgər sizin komandanızın ideyası varsa, o zaman müraciət edin: [email protected]

924 1