1 iyul 1948-ci ildə Şamaxı rayonun Ərəbşahverdi kəndində anadan olmuşdur. 1955-ci ildə Ərəbşahverdi kənd məktəbinin birinci sinifinə daxil olmuşdur. 1959-cu ildə ibtidai sinfi bitirib Qurbançı kənd 8-illik orta məktəbinə daxil olmuş və həmin məktəbi 1963-cü ildə bitirmişdir. Orta təhsilini davam etdirərək 1966-cı ildə Bakı şəhəri 31 saylı orta məktəbi bitirmişdir.
1966-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) əyani şöbəsinə daxil olmuş, 1970-cü ildə həmin institutun Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirmişdir. 1968-1969-cu illərdə seçki yolu ilə İnstitut Həmkarlar Təşkilatına sədr müavini seçilmişdir.
1970-ci ildə təyinatla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasında laborant kimi işə qəbul olunmuşdur.
1971-1972-ci illərdə hərbi xidmətdə olmuş və baş leytenant hərbi rütbəsini almışdır. 1973-cü ildə «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasına verilmiş elana əsasən müəllim vəzifəsinə seçilmişdir. 1973-cü ildə tələbə inşaat dəstəsinin rəhbəri olmuş və SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin imzası ilə «Əməkdə fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur. 1985-ci ildə «Müttəfiq respublikaların əmtəə tədavülü rentabelliyinin yüksəldilməsi problemləri» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
*
1978-ci ildə «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasına baş müəllim vəzifəsinə seçilmişdir. 1992-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır. 19.10.2005-ci ildə Uçot-iqtisad fakültəsinə dekan müavini təyin olunmuş, 25.11.2005-ci ildən 05.07.2006-cı ilə kimi fakultə dekanını əvəz etmiş, dekan seçkiləri keçirildikdən sonra yenidən dekan müavini vəzifəsini icra etməyə başlamışdır. 05.07.2006-cı ildən Uçot-iqtisad fakultəsi dekanının tədris işləri üzrə müavini vəzifəsində çalışır. 2014-cü ildə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir. Uçot-iqtisad fakültəsi Elmi Şurasının sədr müavini və fakültə həmkarlar təşkilatının sədridir.
21.09.2020-ci il tarixə kimi “Maliyyə və mühasibat” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
50-dən çox elmi-metodiki əsərin müəllifidir.
Ailəlidir, dörd övladı var.