Ekologiya  ixtisası

Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafında cox saylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdir. Ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti  həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu mənada bütün təhsil müəssisələrində, xüsusi ilə İqtisad Universitetində ekologiya elminin dərindən mənimsənilməsi, eləcə də itisadiyyatın inkişafına yardımçı olması baxımından ekologiya ixtisasının olması məqsədəuyğundur.

*

Təbiətdə səmərəli istifadə və ekoloji problemlərin həlli bir iqtisadi kateqoriya olaraq iqtisadi münasibətlər kimi özünü göstərir. Ekologiya ixtisasında tədris olunan fənnlər məhz bu proseslərin cəmi, yəni ekoloji-iqtisadi potensiyalın optimal səviyədə dəstəklənməsinə yönəldilmişdir.

Respublikamızda iqtisadçı-ekoloqların fəaliyyətinə cox böyük ehtiyac duyulur və bu növ mütəxəssislər İqtisad Universitetində hazırlanır.