emek_abil_fotoi.e.n., dos. Məmmədov Abil Bayram oğlu

15 dekabr 1939-cu ildə Cəbrayıl rayonunun İmambağı kəndində anadan olmuşdur.

1968-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1972-ci ilin sentyabr ayında institutun aspiranturasının “Əməyin iqtisadiyyatı və elmi təşkili” ixtisası üzrə əyani şöbəni bitirib həmin kafedraya assistent vəzifəsinə təyin olunmuşdur.

 

*

1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adını almışdır.

1975-ci ildə baş müəllim, 1985-ci ildə isə dosent seçilmişdir.
Hazırda da həmin kafedrada dosent vəzifəsində çalışır.

7 kitabın və 43 elmi məqalənin müəllifidir.

Evlidir, övladı və nəvəsi  var.