20 iyun 1975-ci ildə Ermənistanın Sisyan rayonunda anadan olmuşdur.
2000-ci ildə İnzibati-idarəetmə istiqaməti üzrə Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1994-1996-cı illərdə Azərb. Milli Aerokosmik Agentliyində nəzarətçi;
2001-2002-ci illərdə İqtisad Universitetinin «Gömrük işinin təşkili» kafedrasında baş laborant işləmişdir.
2002-ci ildən «Beynəlxalq ticarət və gömrük işi» kafedrsında dosent vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir.
2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavi vəzifəsində çalışıb.
2021-ci ilin sentyabr ayinda İqtisadiyyat fakültəsinin dekanı təyin olunub.
Hazırda UNEC-in İqrisadiyyat və İdarəetmə fakültəsinin dekanıdır.
Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmrilə İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
9 elmi məqalənin müəlifidir.
Ailəlidir, iki övladı var.