UNEC-də valideynlər imtahanın gedişini izləyiblər

18 YANVAR 2016 | VIEWS:

Yanvarın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlər qış imtahan sessiyasının gedişini müşahidə ediblər.

Valideynlərlər UNEC-in bütün tədris binalarında olublar. Övladlarının və digər tələbələrin imtahan prosesini yaxından izləyiblər. Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında yazılı imtahanları müşahidə edən valideynlər nəticələrin yoxlanılması prosesi ilə yaxından tanış olublar. Fakültə dekanları, müəllim və nəzarətçılər valideynlərin imtahanla bağlı suallarını cavablandırıblar.

Sonra UNEC tələbələrin yaxınları universitetin rektoru, professor Ədalət Muradovla görüşüblər. Ə.Muradov UNEC-də reallaşdırılan layihələrdən danışıb, hədəfləri açıqlayıb. Bildirib ki, məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. Tədrisin keyfiyyəti müəllimlərin keyfiyyətindən asılıdır, deyən rektor əlavə edib ki, bunun üçün universitetimizə xaricdə təhsil alan gənc müəllimləri cəlb etmişik. Həmçinin, bu günlərdə 100 müəllimimizə universitetin Quba kampusunda Fransanın Sarbonn universitetinin professoru təlim keçəcək. Bu təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Tədrisdə müəllim-tələbə münasibətini xüsusi vurğulayan rektor qeyd edib ki, müəllim tələbənin ən yaxın dostu olmalıdır. Ümumilikdə isə UNEC tələbələrinin akademik səviyyəsi universitetdə mühazirə keçən xarici müəllimlər tərəfindən yüksək qiymətləndirilir. Rektor yeni tədris ilində tələbələrin dərsə davamiyyətinin barmaq izi ilə yoxlanılacağını və bununla da onların dərsə gəlib-gəlməməsinə ayrılan vaxta qənaət ediləcəyini qeyd edib.

Valideynlərin məzunların işlə təmin olunması ilə bağlı sualını cavablandıran rektor istehsalat və ixtisas təcrübəsinin keyfiyyətli təşkili üçün təkliflər hazırlandığını bildirib: istəyirik ki, 5 həftəlik təcrübə müddətində tələbələrimizə əmək kitabçası açılsın.

Sonda rektor valideynləri universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən görüşlər təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilib. Görüşlərdə təhsil mütəxəssisləri, QHT nümayəndələri də qış imtahan sessiyasının gedişini izləyiblər. Jurnalistlər nəzarətçi qismində imtahanlarda iştirak ediblər.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano