metanet abdalovaAbdalova Mətanət

1974-cü il aprelin 15-i Füzuli rayonunun Horadiz kəndində anadan olub.

1998-ci ildə Azərbaycan Sənaye Universitetinin «Ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadə olunması» ixtisasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın İqtisadiyyat İnstitutunda çalışır. Hal-hazırda aparıcı elmi işçi vəzifəsini tutur.

2016-ci ildə “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafı və strukturunun təkmilləşməsi istiqamətləri” mövzusunda iki ixtisas üzrə (5309.01-“Sənayenin təşkili və dövlət siyasəti” və 5312.01-“Sahə iqtisadiyyatı”) dissertasiya işini müdafiyə edib. 2017-cı ildə iqtisad üzrə fəlsəfə doktoru adını alıb. Eyni zamanda, 2016-cı ildən İqtisadiyyat İnstitutunun economics.com.az saytında rus səhifəsinin redaktoru vəzifəsini yerinə yetirir.

 

 

2018-ci illdən başlayaraq Azərbaycan Dövlət İqtisad Univesitetinin Rus İqtisad Məktəbində müəllim vəzifəsində çalışır.  Artıq 4 ildir ki, RİM tərəfindən həyata keçirilən tədbirlərdə fəallıqla iştirak etməyə çalışır, master-klas və elmi seminarlarda çıxış edir.

30-dan çox elmi işin müəllifidir. Onlardan 1 monoqrafiya, 1 broşura, qalanları isə elmi məqalə və elmi-praktik konfransların tezisləridir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI