ADİU-da soyqırımı qurbanları anılıb

31 MART 2015 | VIEWS:
566

Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 Mart—Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan XX əsrdə dörd dəfə erməni millətçiləri tərəfindən etnik təmizləmə və deportasiyaya məruz qalıb. 1918-ci ilin mart qırğını da xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni daşnakları üç gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoyub, qoca, qadın və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələrimizi məhv ediblər.

Rektor qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə olunub. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verildiyini vurğulayan rektor, əlavə edib ki, biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq.

YAP ADİU ilk təşkilatının sədri Zəfər Bayramov çıxış edərək bildirib ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni millətçiləri tərəfindən uzun illər boyu planlı və məqsədyönlü surətdə həyata keçirilib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan torpaqlarının ərazi bütövlüyü, qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.

Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor B.Abdullayev, “Azərbaycan tarixi” kafedrasının dosenti Y.Fərzəliyev, beynəlxalq münasibətlər kafedrasının müəllimi P.Zeynalov və digər iştirakçılar da çıxış ediblər. Çıxış edənlər erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri dəhşətləri unutmaq qeyri-mümkündür, deyərək, erməni terror təşkilatlarının törətdikləri cinayətlərin təkrar olunmaması üçün milli birlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə ADİU “İqtisadçı” Tələbələrə Dəstək İctimai Birliyinin hazırladığı videoçarx  nümayiş etdirilib. Videoçarxda tələbələr Azərbaycan, türk, ingilis, çex, çin, ispan, alman, isveç və rus dillərində 31 Mart – azərbaycanlıların soyqırımı barədə məlumat verib.

567 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna