ADİU tələbəsinin Avropa Oyunlarına həsr edilən fotosərgisi açılıb

19 İYUN 2015 | VIEWS:
775

Azərbaycan Dövlət İqtisad Universiteti  (ADİU) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə  “Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi keçirilir. Sərginin təşkil olunmasında əsas məqsəd İlk Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.

ADİU-nun Texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət fotoları sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Paytaxt sakinləri və turistlərin marağına səbəb olan sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.

“Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi iyunun 21-nə kimi  davam edəcək.

776 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser