bakixanova_safura_8043b/m. Bakıxanova Safura Balaxan qızı

Doğulduğu yer və tarix: 31.10.1948, Bakı şəhəri

Orta məktəbi bitirdiyi il: 1968-ci il, Bakı şəhəri

Ali təhsili bitirdiyi il: 1972-ci il (Bakı şəhəri, M.F.Axundov adına Xarici Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin İngilis dili ixtisası)

1972-ci il: Bakı şəhəri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) Xarici dillər kafedrasında laborant vəzifəsində işə başlamışdır.

1980 –  baş laborant vəzifəsində çalışmağa başlamışdır.

 

*

1982 –  Xarici dillər kafedrasında müəllim vəzifəsində işə başlamışdır.

2001 – həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimdir.

35-dən çox elmi məqalənin müəllifidir. “Beynəlxalq pul” mövzusunda olan kitabın müəllif qrupunun üzvlərindən biridir.

2 sertifikat qazanmışdır.