BMT-nin Baş Katibinin müavini UNEC-də olub

28 OKTYABR 2022 | VIEWS:
226

BMT-nin Baş Katibinin müavini, BMT-nin Cenevrədəki bölməsinin rəhbəri Tatyana Valovaya Azərbaycana səfəri çərçivəsində UNEC-də olub.

UNEC-in rektoru professor Ədalət Muradov Tatyana Valovayanı universitetdəki Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası, Ekologiya mühəndisliyi və Qida texnologiya laboratoriyaları ilə tanış edib. BMT rəsmisi UNEC-in müasir texnologiyalarla təmin olunmuş tədris binasında tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Sonra Tatyana Valovaya tələbələr qarşısında “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat” mövzusunda çıxış edib. Xanım Valovaya yaşıl iqtisadiyyat və dayanıqlı inkişafın dünya dövlətləri üçün çox vacib məsələ olduğunu diqqətə çatdıraraq, hələ də dünyanın müxtəlif inkişaf etməkdə olan ölkələrində yaşıl siyasət prosesi ilə bağlı məqsədyönlü və effektiv tədbirlərin görülmədiyini bildirib. Bu istiqamətdə uğurlu dövlət modellərinin əsas götürüldüyünü deyən T.Valovaya dünyada gedən ətraf mühit və iqlim dəyişikliyini nəzərə alaraq, yaşıl siyasəti təmin etmək üçün həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb. BMT rəsmisi dayanıqlı cəmiyyətin və iqtisadi tarazlığın təmin olunması üçün dövlət və qeyri-hökümət təşkilatlarının düzgün sosial və iqtisadi siyasət həyata keçirmələri olduqlarını deyib.

Tədbirdə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı UNEC barədə təqdimatla çıxış edib.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

Tatyana xanım təmsil etdiyi qurumun Azərbaycanda  yaşıl iqtisadiyyatın, eləcə də alternativ enerji mənbələrinin inkişafı ilə bağlı təqdim olunan layihələrə dəstək göstərə biləcəyini deyib.

shttps://news.unec.edu.az/xeber/125-universitet/9311-bmt-nin-bash-katibinin-muavini-unec-de-olub

 

227 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna