infor_vaqif3_fotoi.e.n., dos. İbrahimov Vaqif Şahnəzər oğlu

1946-cı ildə Xaçmaz rayonunun Xudat kəndində qulluqçu ailəsində anadan olmuşdur.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin «İqtisadiyyat» fakültəsinə qəbul olmuşdur.

1970-ci ildə D.Bünyadzadə adına AXTİ-ni fərqlənmə diplomu ilə bitirmişdir.

1970-ci ildən «İqtisadi kibernetika» kafedrasında baş laborant, laboratoriya müdiri, müəllim, «HM və proqramlaşdırma» kafedrasında baş müəllim işləmişdir. Hal-hazırda «İnformatika» kafedrasının 0,5 ştat dosentidir.

2001-2009-cu illərdə «İnformatika və idarəetmə» fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2009-cu ildən fakültənin dekan müavinidir. 1982-ci ildən iqtisad elmləri namizədidir. 1984-cü ildən kafedranın dosentidir.

50-dən çox elmi məqalə, elmi əsərlərin müəllifidir.

Evlidir, üç övladı var.