i.e.n., dosent Əliyeva Gülarə Faiq qızı

27 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1988-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (indiki AzDİU) bitirmişdir.

1988-ci ildə 26-lar rayonu (indiki Səbail) torqunda iqtisadçı vəzifəsində çalışmışdır.

1997-ci ildən AzDİU-də müxtəlif vəzifələrdə çalışmışdır.

2003-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Hal-hazırda AzDİU-nin “Beynəlxalq ticarət və gömrük işi” kafedrasında dosent vəzifəsində, həmçinin “BİM” fakültəsində dekan müavini vəzifəsində çalışır.

Evlidir, iki övladı var.