“Emanat” ÖT ilə sınaq imtahanı

21 SENTYABR 2015 | VIEWS:
3383

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun startap layihəsi olan sinaqimtahanı.net “Özünü sına” online sınaq imtahan portalı ilə Modenis MMC arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, UNEC tələbələri sınaq imtahanı verərkən ödəməni “Emanat” ödəmə terminallarından da həyata keçirə biləcəklər. Belə ki, tələbələr “Emanat” ödəmə terminallarından sinaqimtahanı.net portalındakı şəxsi kabinetlərinə daxil olmaqla, balanslarını artıra biləcəklər. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur.

Bu, ödənişli əsaslarla təhsil alan tələbələrin də sınaq imtahanı verməsinə asanlaşdıracaq.

Qeyd: “Özünü sına” onlayn sınaq imtahanı portalının missiyası istifadəçilərin intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsidir. Ölkə universitetləri arasında ilk dəfə İqtisad Universitetində tətbiq olunan sınaq imtahanı portalı UNEC-in İnformatika və idarəetmə fakültəsinin III kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir. Layihə NETTY 2015 Azərbaycan Milli İnternet Mükafatına Müsabiqəsində ikinci yerə layiq görülüb.

3384 2