ADİU-da elektron kitabxanın təqdimatı keçirilib

22 APREL 2015 | VIEWS:
629

Azərbaycan Dövlət İqtisad Univeristetində (ADİU) elektron kitabxananın təqdimat mərasimi keçirilib. İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb.

Library.asue.edu.az domainində qurulan elektron kitabaxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədiyüklənə bilən “PDF” (danışabilər sənəd forması) formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.

Saytınxidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir.

Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin  istəklərini də qeydə ala bilməsidir. Rəy bildirmə hissədə istifadəçilərsayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.

Saytda həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.

Tədbirin sonunda görüş iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

630 1