Abdinov Cavad (2)f.-r.e.d., prof. Abdinov Cavad Şahvələd oğlu

5 yanvar 1940-cı ildə Ordubad rayonunun Behrud kəndində anadan olub.

1956-cı ildə orta məktəbi, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib.

1961-1964-cü illərdə Azərbaycan MEA Fizika İnstitutunda aspirant, 1973-cü ilədək böyük elmi işçi, 1973-2002-ci illərdə Elmi Tədqiqat Fotoelektronika İnstitutunda şöbə rəhbəri, 1993-2002-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini, 2002-ci ildən Fizika İnstitutunda laboratoriya rəhbəri, 2009-cu ildən elmi işlər üzrə direktor müavini işləyib.

1993-2002-ci illərdə AMEA Fotoelektronika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1998-2002-ci illərdə həmin institutun direktoru olub. 1995-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Fizika” kafedrasının müdiri vəsifəsində çalışıb.

 

 

 

 

 

*

1966-cı ildə “Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik, 1976-cı ildə “Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan MEA-nın müxbir üzvüdür.

2 monoqrafiya, 300-dən artıq elmi məqalə (200-dən çoxu xüsusi jurnallarda), 30 ixtiranın müəllifidir. 4 elmlər doktoru, 24 elmlər namizədi yetişdirib.

2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

1982-ci ildə “Geniş tətbiq olunan elektron cihazlarının istehsal texnologiyasının və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanmasına görə” Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görülüb. Orden və medallarla təltif olunub.

Ailəlidir, dörd övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI