Azərbaycan Dövlət İqtisad Universitetinin «Marketinq» kafedrası nəzdində ötən tədris ilindən etibarən Respublika ərazisindəki firma və şirkətlərin marketinq departamet rəhbərlərindən və «Marketinq» ixtisası üzrə təhsil alan tələbələrdən ibarət daimi fəaliyyət göstərən «Marketinq-diskusiya klubu» yaradılmışdır. 2014-2015-ci tədris ili üçün «Marketinq-diskusiya klubu»nun təsdiq edilmiş fəaliyyət proqramına uyğun olaraq cari ilin noyabr ayının 27-də saat 12-də «Marketinq» ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin iştirakı ilə klubun növbəti ijlası keçirilmişdir. İclasda «İdeal» şirkətinin marketinq departamentinin rəhbəri Vəliyev Rafik Mustafa oğlu «Kadrların karyera yaratmalarına marketinq yanaşma» mövzusunda çıxışı dinlənilmiş və məruzəçi tələbələrin çoxsaylı suallarını cavablandırmışdır. Məruzə ətrafında kafedra müdiri dos. Tİ.İmanov geniş çıxış etmiş və klubun növbəti iclası haqqında tələbələri məlumatlandırmışdır.