Mətləb Qarayev TGTMətləb Qarayev

Əlaqə: +994 70 395 99 95
Email : [email protected]

30 may 2002-ci ildə Bakı şəhərində anadan olub.

2008-2019-cu illərdə 72 saylı orta məktəb-liseydə təhsil alıb.

2019-cu ildə UNEC-in İqtisadiyyat fakültəsinin “Statistika” daxil olub. Hazırda 3-cü kursda təhsil alır.

Universitetə daxil olduğu ilk gündən UNEC-in və Tələbə Gənclər Təşkilatının sosial ictimai faəliyyətlərində yaxından iştirak edib. Aktiv fəaliyyətinə görə TGT-in Maliyyə və mühasibat fakültəsinin sədr müavini vəzifəsinə təyin olunub.

 

2020-2021-ci illərdə İqtisadiyyat fakültəsinin TGT-nin sədr müavini, sonra isə sədri seçilib. Tələbə Gənclər Təşkilatında 3 illik fəaliyyəti dövründə 100-dən çox universitetdaxili və universitetxarici təlim, seminar və tədbirlərin təşkilatçısı və iştirakçısı olub.

TGT ilə yanaşı, “BİR” Tələbə-Könüllü Proqramında könüllü olub.  Fəaliyyəti dövründə TGT-də göstərdiyi uğurlu fəaliyyətə görə universitet rəhbərliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən sertifikat və fəxri fərmanlarla təltif olunub. “Ayın fəalı”və “İlin fəalı” layihələrinin qalibi seçilib.

2021-ci ildə UNEC-in Tələbə Gənclər Təşkilatının sədri seçilib.