Şöbə müdiri: b/m. Vəkil Həmid oğlu İbrahimov

Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 328)
Telefon: +(994) 12 492-84-38 ;  +(994) 12 492-72-98

1763 3

Texnologiya transfer şöbəsi haqqında

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya transfer şöbəsi UNEC-in maraqları çərçivəsində, regional müəssisə və təşkilatların ehtiyaclarını və UNEC-in mövcud fundamental və strateji işlərinin biznes tələbatlarına uyğunlaşmasını, o cümlədən biliklərin texnologiyaya çevrilməsini, elmi tədqiqatlardan əldə olunan nəticələrin kommersiyalaşdırılmasını və iqtisadi proseslərdə istifadə edilməsini təmin edir. Texnologiyaların inkişafı və innovasiyaların stimullaşdırılması məqsədilə təşkilati xidmətlərin hüquqi mühafizəsi, ideya və ixtiraların müəllif hüquqlarının qorunması və patentləşdirilməsi şöbənin fəaliyyət istiqamətlərinə daxildir. Eyni zamanda, innovasiya sferasında konsaltinq, elmi-texniki və treyninq xidmətlərinin göstərilməsi də şöbənin səlahiyyətləri çərçivəsindədir.

Mərkəzin məqsədi ölkənin innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, universitet, sənaye və biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və universitetlərin əməkdaşlarının apardığı elmi-tədqiqatlarından əldə olunan nəticələrinin transferinin təmin edilməsidir. Bu məqsəddən yaranan vəzifələr aşağıdakılardır:

  • İnnovasiyalı texnologiyaların məlumat bazasının yaradılmasını həyata keçirmək;
  • İnnovasiyalı texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi üzrə məsləhətlər vermək;

*

  • İnnovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişlərini elmi-tədqiqat instutu və mərkəzlərinə yönləndirmək;
  • Əqli yaradıcılıq fəaliyyətinin kommersiya əhəmiyyətli nəticələrinin hüquqi müdafiəsi üzrə məsləhətlər vermək;
  • İxtiranın kommersiyalaşdırma potensialının və patentləşdirmə imkanının qiymətləndirilməsini həyata keçirmək;
  • Mümkün tərəfdaşların müəyyənləşdirilməsi, danışıqların hazırlanması və keçirilməsi fəaliyyəti ilə məşğul olmaq;
  • Universitetin tədqiqat mərkəzləri və institutlarında yaradılan əqli mülkiyyət hüquqlarının qorunması, inkişaf etdirilməsi və bu məqsədlə tədqiqat mərkəzlərinin şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
  • Universitetdə inkişaf etdirilən texnologiya əsaslı biznes bacarıqlarının yaradılması, rəqabət qabiliyyətinin artırılması, inkişaf strategiyalarının müəyyənləşdirilməsi və universitetin nou-hau (know-how) fəaliyyətinin idarə edilməsi;
  • Universitetin tanıdılması, innovasiya və texnologiya transfer sahəsində birgə fəaliyyəti həyata keçirən xarici tərəfdaşlarla qarşılıqlı əməkdaşlıqların qurulması;
  • Biznes ilə elmi tədqiqat və ali təhsil müəssisələri, habelə ictimai təşkilatlar arasında əməkdaşlığın təşkil edilməsi;
  • Müəssisələrdə innovativ həllərin qorunması və ötürülməsi kimi innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirmək;
  • Universitetin təşəbbüsü ilə tədqiqat prossesində yaranan ixtiraçılıq nəticələrinin təşviqi və kommersiya məqsədləri üçün istifadə edilməsi;
  • Universitetin tədqiqatı nəticəsində yaranan dəyər zəncirinə dair strategiyasının gücləndirilməsini, layihələrin qiymətləndirilməsini həyata keçirəcək tələb və təkliflərin formalaşdırılması;
  • İnnovasiya ilə əlaqədar sərgilərdə iştirak etmək;
  • Müvafiq seminar, konfrans və təqdimatların keçirilməsini təşkil etmək.

Şöbə UNEC rektorunun 24 sentyabr 2018-ci il tarixli 828/3/2018 saylı əmri ilə Elmi fəliyyətin təşkili və idarə edilməsi departamentinin tərkibində yaradılmışdır.

15 mart 2019-cu il tarixindən şöbəyə “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının baş müəllimi Vəkil Həmid oğlu İbrahimov rəhbərlik edir.