UNEC Ekstern Mərkəzində 300-ə yaxın sahibkara onlayn təlim imkanı yaradılıb

05 APREL 2019 | VIEWS:
1053

Aprelin 4-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “UNEC Ekstern Mərkəzi”ndə sahibkarlar üçün növbəti onlayn təlim təşkil olunub.

“UNEC Extern” mərkəzinin texniki imkanları Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-ə yaxın sahibkara “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda təlimdən yararlanmaq imkanı yaradıb. Təlimdə sahibkarlar üçün qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklər barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ekspert qismində onlayn təlimə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub.

Onlayn təlim çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, onları maraqlandıran sualları yazılı şəkildə göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və agentliyin ölkənin 10 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, UNEC Ekstern Mərkəzində indiyədək KOBİA tərəfindən təşkil olunan onlayn təlimlərdən 1200-dək sahibkar yararlanıb.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5078-unec-ekstern-merkezinde-300-e-yaxin-sahibkara-onlayn-telim-imkani-yaradilib“></a>

1054 1