UNEC-in yubiley tədbirlərinin intellektual startı

07 DEKABR 2015 | VIEWS:
733

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nə? Harada? Nə zaman?” inellektual yarışı keçirilib. Beyin yarışı UNEC-in 85 illik yubileyinə həsr edilib.

UNEC-in “İqtisadçı” qəzetinin baş redaktoru, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun təşkil etdiyi tədbirə ölkənin 10-dan çox aparıcı universitetlərinin tələbələrindən və məzunlarından ibarət 17 komanda qatılıb.Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.

Himnin səsləndirilməsindən sonra oyunçulara öncə universitet adından rektor, professor Ədalət Muradovun salamları çatdırılıb, komandalara yarışda uğurlar arzulanıb. Növbəti çıxışçı, yarışın sponsoru Access Bank-ın nümayəndəsi təmsil etdiyi bankın intellektual gəncliyə daima dəstək nümayiş etdirməyə hazır olduğunu, gənclərin imkanlardan səmərəli, ağılla istifadə etməyə, bilik və vərdişlərini inkişaf etdirməyə səsləyib.

3 tur və 36 sualdan ibarət gərgin mübarizədə I yeri “Vendomat” komandası tutub. Komandanın kapitanı UNEC-in magistrantı Türyan Məmmədovdur. II və III yerlərin sahibləri müvafiq olaraq “HİT” və “Dream Team” komandaları olublar. “Vendomat”a orijinal çin şahmat dəsti hədiyyə edilib. UNEC-in Tələbə Gənclər Təşkilatı hər 3 qalib komandanın üzvlərinə milli futbol çempionatının “Neftçi” – “Zirə” oyununa biletlər verib. Bütün iştirakçılara nəfis kitablar və digər simvolik hədiyyələr təqdim edilib.

Yüksək təşkilatçılığa görə UNEC-ə təşəkkürlərini ifadə edən yarış iştirakçıları 85 illik yubiley tədbirlərinin ilk addımının uğurlu olduğunu bildiriblər.

734 1