Araz supermarket şəbəkəsi UNEC-də online Karyera günü keçirəcək

03 MART 2021

karyera_gunu5 mart saat 14:00-da Araz supermarket şəbəkəsinin İnsan resursları departamentinin şöbə müdiri Elçin Əkbərov, aparıcı mütəxəssis Zaur Mahmudov və mütəxəssis Azər Babazadənin iştirakı ilə “Online Karyera Günü” keçiriləcək.

Canlı yayımın moderatoru UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov olacaq.

Araz supermarket şəbəkəsi hazırda ölkəmizin bir çox ərazilərindəki 288 marketi və 7000-dən artıq əməkdaşı ilə müştərilərinin xidmətindədir və  ölkəmizin pərakəndə sektorunda lider şirkətdir.

Canlı yayım boyunca izləyicilər suallarını UNEC-in rəsmi facebook (fb.com/unecedu) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən və Araz Supermarket şəbəkəsinin İşə qəbul və karyera mərkəzinin facebook səhifəsindən (https://www.facebook.com/HR.ARAZSUPERMARKET)  birbaşa ünvanlaya bilərlər.