Bilig jurnalında rəyçi fəaliyyəti haqqında

15 MAY 2021

Bilig_jurnal_150521UNEC nümayəndələrinin beynəlxalq indeksli jurnallarda rəyçi qismində iştirak edə bilmələri üçün “Bilig-Türk Dünyası Sosial Elmlər Jurnalı” haqqında məlumatı paylaşırıq.

Bilig-Türk Dünyası Sosial Elmlər Jurnalı Türkiyənin Ahmet Yeseve Universiteti tərəfindən təsis edilib. İldə dörd dəfə nəşr olunan jurnalın ISSN nömrəsi 13010549, metrik göstəriciləri isə impakt faktoru (SJR): 0.15, CiteScore 2019-0.2, SNIP 2019-0.294-dir.

Jurnal humanitar elmlər üzrə Q2, sosial elmlər üzrə isə Q4 kvartildir. Jurnal SSCI Social Sciences Citation Index, Social Scisearch, Journal Citation Reports /Social Sciences Edition (Web of Science), SCOPUS (Elsevier Bibliographic Databases), TUBİTAK / ULAKBİM TR DİZİN və s. bazalarında indeksləşir.

Bilig jurnalının əsas məqsədi türk dünyasının mədəni sərvətlərini, tarixi və çağdaş həqiqətlərini elmi çərçivədə təqdim etməkdən ibarətdir. Əsas hədəfi isə Türk dünyasına aid keyfiyyətli elmi araşdırmaların ictimaiyyətə çatdırılmasıdır. Jurnala məqalə təqdim etmək üçün linkə keçid edərək jurnalın tələblərinə uyğun məqaləni hazırlayıb redaksiya heyəti tərəfindən müsbət rəy aldıqdan sonra nəşr etdirmək mümkündür.

Bununla yanaşı, redaksiya heyəti jurnalda rəyçi olmaq arzusunda olan elmi adı və ya vəzifəsi dosent olan elmi-pedaqoji heyətin nümayəndələrini tədqiqat istiqamətinə uyğun məqalələrə rəyçi olmaq imkanını təklif edir. İlk olaraq nümayəndə sistemdən qeydiyyatdan keçməli və sistemin tələb etdiyi məlumatları müvafiq şəkildə doldurmalıdır. Müraciət jurnal redaksiya heyəti tərəfindən təsdiqləndikdən sonra müəllim linkdə göstərilən təlimatlara əməl edərək rəyçi fəaliyyətinə başlaya bilər.

Sistemlə əlaqədar çətinliklər yarandıqda [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.