Mendeley Reference Manager sistemi haqqında vebinar

16 MAY 2021

vebinar_15052125 may 2021-ci il tarixində saat 16:00-da istinad aktivliyini stimullaşdıran təlimlər seriyasından olan Mendeley sistemi haqqında vebinar keçiriləcək.

Mendeley Elsevier şirkətinin məhsulu olub tədqiqatçının verilənlər (data yəni cədvəl, qrafika ) və elmi istiqamətinə uyğun istinad olunacaq kitab, məqalə, məruzələri saxlamaq, sistemləşdirmək, qeydlər aparmaq və məlumatların paylaşılmasına kömək edən ödənişsiz, istinadların idarə olunması sistemidir. Mendeley sisteminin üstünlükləri:

  1. Avtomatik olaraq biblioqrafiyanı yaradır;
  2. Asanlıqla digər tədqiqat proqram təminatında olan məqalə və verilənləri idxal edir;
  3. Tədqiqat istiqamətinizə uyğun məqalələrin tapılmasına dəstək olur;
  4. Məqalələrinizi internet vasitəsilə əlçatan edir;
  5. Tədqiqatçılarla onlayn əməkdaşlıq imkanını təmin edir.

*
Vebinarın təlimçiləri:

Ilirjan Ferati – Mendeley məhsul meneceri
Marijn van Haaren – Mendeley məhsul meneceri

Vebinarda göstərilən Mendeley funsiyalarını tətbiq etmək üçün sistemdən qeydiyyatdan keçmək məqsədə uyğundur.

Vebinarda iştirak üçün qeydiyyat

Son qeydiyyat tarixi: 24.05.2021