Qlobal Gənc Alimlər Akademiyası gənc alimləri təşkilata üzv olmağa dəvət edir

29 İYUL 2021

Qlobal Gənc Alimlər Akademiyası (GYA) qlobal bir təşkilat olaraq təbiət, ictimai və humanitar elmlərdən ibarət UNEC gənc alimlərini təşkilata üzv olmağa dəvət edir.

Hazırda GYA-nın yeni üzvlər üçün çağırışı 15 sentyabr 2021-ci il tarixinədək açıqdır. Təşkilat elm və cəmiyyətə qlobal təsir göstərən altı qitədə mövcuddur və aparılan tədqiqatların mükəmməlliyi ilə iş və cəmiyyətə verdiyi əhəmiyyətli töhfələr üçün seçilmiş 200 üzvdən ibarət bir akademiyadır.

GYA-nın üzvü olmaq gənc alimlərə qlobal elm və siyasət platformalarında çıxış imkanı yaradacaq, eləcə də onların fərdi potensiallarını artıracaq.

Əlavə məlumat üçün: https://globalyoungacademy.net/call-for-new-members/