“Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək

01 DEKABR 2022

2-3 dekabr tarixlərində UNEC-də “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında baş tutacaq.

Konfransın məqsədi rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinin aparılmasıdır.

Konfransın işi plenar iclas və bölmələr üzrə təşkil olunacaq. Bölmələr (sayı və adları) məqalələr təşkilat komitəsi tərəfindən müəyyən ediləcək.

Konfransa tədqiqat xarakterli orijinal, əvvəllər heç bir yerdə nəşr olunmamış tezis və məqalələr təqdim olunmalıdır.

Konfransa təqdim olunmuş Xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanıb, eyni zamanda məqalələrin uyğun rəydən keçənləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən UNEC-in Elm Xəbərləri jurnalında çap ediləcək,  SCOPUS və Web of Scince bazalarına daxil olan jurnallara təqdim ediləcək.

Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Tezisin yazılma qaydası

  • Konfrans beynəlxalq xarakter daşıdığından tezisin ingilis dilində  göndərilməsi mütləqdir.
  • Tezisin qiymətləndirmə prosesi maksimum 5 gündür.
  • Müəllifə qiymətləndirmənin nəticəsi barədə gecikmədən məlumat verilir.
  • Səhifənin  ölçüləri: kənarları 2,5 sm
  • Şrift: Times New Roman, 12 pt
  • Sətir aralığı: 1,00 sm
  • Başlıq: böyük hərflərlə
  • Açar sözlər: Ən azı 3 söz
  • Tezis 200-300 söz arasında olmalıdır.

Bundan əlavə, məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır.

Tezislərinizi word/doc/docs formatında ən geci 13 noyabr 2022-ci il tarixinədək iksadeconomy@gmail.com ünvanına göndərə bilərsiniz (Tezis və tam mətn nümunə formaları ilə https://www.iksadkongre.com/economy saytında tanış ola bilərsiniz).

Tam Mətn Təqdimatı

Tam mətnlərin konqres kitabında çap olunması üçün, tezis qəbul edildikdən sonra tam mətnlər 05 dekabr 2022-ci il saat 17:00-a qədər  iksadeconomy@gmail.com elektron ünvana təqdim edilməlidir.

Mətnlərdə oxşarlıq dərəcəsi 30%-dən yuxarı olan tədqiqatlar nəzərə alınmır.

Tam mətnin yazılması qaydaları

  • Kənarlar: 2,5 sm
  • Şrift: Times New Roman, 12 pt
  • Sətir aralığı: 1,00 sm
  • Başlıq: böyük hərflərlə
  • Altyazı: kiçik hərflərlə
  • Səhifələrin sayı: ən azı 5 səhifə olmalıdır. Üst hədd 25 səhifədir.

Tam mətnlərdə xülasə, giriş, material və metodlar, nəticə və müzakirə, nəticə və tövsiyələr , ədəbiyyat ayrı başlıqlar altında yazılmalıdır.

Sitat formatı: APA 6 stil sitat formatından istifadə edilməlidir.

Məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, şəhər və ölkəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID nömrələri olmalıdır.

Əlaqə telefonu: +994 55 8473244. Fərhad Mikayılov

Təşkilat komitəsi

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser