Seminar keçiriləcək: “Cənubi Qafqaz bölgəsinin iqtisadi dirçəlişi və inteqrasiya proseslərində Zəngəzur dəhlizinin önəmi”

31 OKTYABR 2022

UNEC-də “Cənubi Qafqaz bölgəsinin iqtisadi dirçəlişi və inteqrasiya proseslərində Zəngəzur dəhlizinin önəmi” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ilə bağlı UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı və Mərkəzin tədqiqatçısı Tariyel Babayev təqdimatla çıxış edəcəklər.

Seminar  UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

1 noyabr 2022-ci il tarixində saat 16.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/92710090328 (kod: 275555) linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.