Türkiyənin Türk Dünyası Gənclik Məktəbinin təlim proqramına qəbul başlayıb

19 MAY 2022

Türk Dünyası Gençlik OkuluTürkiyə Respublikası Xaricdə Türklər və Qohum İcmalar Birliyinin (YTB) Türk Dünyası Gənclik Məktəbinin təlim proqramına qəbul başlayıb.

Proqram çərçivəsində 1 ay müddətində tanınmış akademik və ziyalıların iştirakı ilə tələbələr üçün tarix, beynəlxalq əlaqələr, sosiologiya, mədəniyyət, incəsənət və şəxsi inkişaf kimi sosial elmlər üzrə türk dilində onlayn təlim proqramları keçiriləcək.

Proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə universitetlərindən birində ali təhsil alan, türk dilini yaxşı səviyyədə bilən və 27 yaşına qədər olan tələbələr müraciət edə bilər.

Proqrama son müraciət tarixi: 27 may 2022-ci il

Proqramda tam davamlılıq göstərən, fəal iştirak edən və verilmiş tapşırıqları yerinə yetirən (kitab xülasəsi/məqalə yazısı və s.) ən uğurlu iştirakçılar Türkiyədə təşkil olunacaq “Türk Dünyası Gənc Liderlər Proqramı”nda iştirak etmək hüququ qazanacaqlar.

ƏTRAFLI MƏLUMAT