UNEC-də aksiya: “Əsgərin kitab rəfi”

23 MAY 2022

aksiyaƏsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə maraqlarının artırılması məqsədilə Azərbaycan Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına start verib.

UNEC İqtisadçı Vətənpərvərlər təşkilatı universitetin tələbələrini elmi, bədii, publisistik və digər janrlarda kitablarını Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə, kitab toplama aksiyasına qoşulmağa dəvət edir. Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə, bütün hərbi qulluqçularımıza çatdırılacaq. Kitab hədiyyə etmək istəyənlər UNEC İqtisadçı Vətənpərvərlər təşkilatına müraciət edə bilərlər.

Aksiya sentyabrın 1-dək davam edəcək.