UNEC-də təlim: “Yüz ölç, bir kliklə-virtual təhdidlərə qarşı”

20 OKTYABR 2022

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə PROSOL şirkəti tərəfindən tələbələrə “Yüz ölç, bir kliklə-virtual təhdidlərə qarşı” mövzusunda təlim keçirilib.

PROSOL şirkətinin insan resursları departamentinin rəhbəri Vəfa Şahgəldiyevanın keçirdiyi təlimdə tələbələrə texnoloji inkişafın virtual təhlükəsizliyə yaratdığı təhdidlər və onlarla mübarizə üsulları barədə ətraflı məlumat verilib.

Tələbələrin maraqla dinlədikləri təlimdə onların mövzu ilə bağlı sualları da cavablandırılıb.