UNEC-də Xanım Tədqiqatçılar Şurası fəaliyyətə başlayıb

23 YANVAR 2023

xts_logoUNEC-də Xanım Tədqiqatçılar Şurası (XTŞ) fəaliyyətə başlayıb.

UNEC Xanım Tədqiqatçılar Şurası ictimai, siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə ölkə daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir.  Şuranın yaradılmasının məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları, alimləri bir araya gətirərək, elmə akademik töhfələr verməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən XTŞ-nın rəhbəri Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevadır.

UNEC Xanım Tədqiqatçılar Şurasına üzv olmaq istəyənlər CV-lərini və tədqiqata maraqları barədə niyyət məktubunu [email protected] ünvanına göndərə bilərlər.

Əlaqə: (+994) 70 242 90 10