UNEC-in müəllim, tələbə və əməkdaşlarının nəzərinə!

14 APREL 2021

UNEC əməkdaşlarının Scopusdakı profillərinin universitetin bu bazadakı institusional profili ilə əlaqələndirilməsi məqsədilə “Azərbaycan Dövlət İqtisad Universiteti nümayəndələrinin (UNEC) Scopus müəllif profilləri” siyahısında yer almayan nümayəndələrdən [email protected] elektron poçt ünvanına müraciət olunması xahiş olunur.

Müraciət zamanı mütləq şəkildə məqalə və ya məruzənin bazada indeksləşdiyini təsdiq edən aşağıdakı məlumatlar təqdim olunmalıdır:

  1. Məqalənin adı
  2. Jurnalın adı (həmin məqalənin çap olunduğu)
  3. Məqalənin junaldakı linki