UNEC nəqliyyat vasitələrinin satın alınması məqsədilə tender elan edir

30 NOYABR 2022

“AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ”
PHŞ nəqliyyat vasitələrinin satın alınması məqsədilə
AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların qısa müddətdə təhvil verilməsi, zəmanət müddəti.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 – Nəqliyyat vasitələrinin satın alınması

Maraqlananlar elektron müraciət edərək 350 (üç yüz əlli) manat iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) müqavilənin icrasını təmin etmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:

1.1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • Malgöndərənin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) – pdf formatda portala əlavə edilməlidir.
  • Malgöndərənin Dövlət reyesterindən çıxarışı (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vergi qeydiyyatı barədə şahadətnaməsi – pdf formatda əlavə edilməlidir.
  • Malgöndərənin rekvizitləri – bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə imza və möhürlə təsdiq edilmiş rəsmi blankında pdf formatda portala əlavə edilməlidir.

1.2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış:

  • Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış  olmalı və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.3. Malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (və ya vergi bəyannaməsi) surəti (2021-ci il üzrə, əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki):

  • Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin notarial təsdiq forması pdf formatda portala əlavə edilməlidir.

1.4. Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı:

  • Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə – pdf formatda portala əlavə edilməlidir.

1.5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənədlər.

1.6. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd.

1.7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması barədə arayış:

  • Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış  olmalıdır.
  • Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış:

  • Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.
  • Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış:

  • Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.10. Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənəd:

  • Statistika komitəsi tərəfindən əldə edilmiş və 2022-ci il tarixə aid sənəd pdf formatda portala əlavə edilməlidir.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).

Malgöndərənlər qeyd olunan sənədləri 20.12.2022-ci il, saat 09:00 kimi kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər öz tender təkliflərini və bank zəmanətini 28.12.2022-ci il, saat 10:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Elanda göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 29.12.2022-ci il, saat 09:00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna