ahmedova_guleysa_fotof.-r.e.n., dos. Əhmədova Güleyşə Məmmədhəsən qızı

22 dekabr 1941-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Ağdü kəndində anadan olmuşdur.

1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakl Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin universiteti bitirmişdir.

Həmin ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (indiki Azərbaycan Neft Akademiyası) “Fizika”  kafedrasında müəllim vəzifəsində işləmişdir.

1970-1973-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun əyani aspiranturasinda təhsil almışdır. 1974-cü ildən ET Tətbiqi Fizika insitutunda işləmişdir.

1983-cü ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

 

 

 

*

1993-cü ildən Azərbaycan Respublikası EA Fizika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir.

1994-cü ildən Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Fizika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

2002-2015-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika” kafedrasının  dosenti olub.

64 məqaləsi, o cümlədən 1 metodik vəsaiti, 2 dərs vəsaiti nəşr edilmişdir.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI