Fakültənin elmi fəaliyyəti

Fakültədə mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

Ali təhsil pilləsində elmi araşdırmalar fakültənin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında və onların müvafiq qurumlarında və ya bölmələrində (kafedralar, laboratoriyalar, elmi mərkəzlərin və s.) aparılır.

Elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.

Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Fakültədə elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları UNEC  Nizamnaməsi, müvafik əsasnamələr ilə müəyyənləşdirilir.

Aparılan elmi tədqiqat işlərinin nəticələrini istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edirlər.

Fakültədə aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

Təhsil sistemində aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, təhsil müəssisələrinin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də qrantlar hesabına həyata keçirilir.

Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir

768 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna