fal_rauf_fotofəl.e.n., dos. Səmədov Rauf Nabil oğlu

1959-cu ildə Bakı şəhərində doğulub.

1966-1976-cı illərdə Bakı şəhərindəki 6 saylı məktəbdə təhsil alıb.

1976-cı ildə məktəbi  bitirdikdən sonra M.V.Lomonosov  adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil  olub.
1981-ci ildə universiteti bitirib Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Elmi kommunizm” kafedrasında müəllim vəzifəsində çalışmağa başlayıb.

1986-1989-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin məqsədli aspiranturasında  təhsil alıb. 1989-cu ildə dissertasiya  işini müvəffəqiyyətlə müdafiə etdikdən  sonra fəlsəfə elmləri namizədi dərəcəsini alıb.

 

*

1989-1993-cü illərdə  Ç.İldrım adına AzTU-nin  “Fəlsəfə və politologiya”  kafedrasında baş müəllim vəzifəsində  çalışıb.

1993-cu ilin oktyabrında ehtiyatdan çağrıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə  həqiqi hərbi xödmətdə olub və 1997-ci ilin sentyabrında tərxis olunub.

1997-ci ilin  oktyabrında  Azərbaycan Dövlət İqtisad İnstitutunun “Fəlsəfə” kafedrasında baş müəllim vəzifəsində  işə başlayıb.  2005-ci ildə müsabiqədən keçərək dosent elmi adına  layiq   görülüb.

20-dən yuxarı elmi və tədris-metodiki əsərin müəllifidir.

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.