elmirafil.e.n., dos. Cahangirova Elmira Cahangir qızı

1939-cu ildə Bakı şəhərində аnаdаn оlmuşdur.

1960-cı ildə Azərbaycan Dövlət  Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) tədris şöbəsinə makinaçı-katibə vəzifəsinə qəbul olunmuşdur. Həmin ildə “Azərbaycan dili” kafedrasında müəllim, baş müəllim;
1982-1983-cü illərdə müdir əvəzi vəzifəsində çalışmışdır.

1986-cı ildən “Azərbaycan dili” kafedrasında müəllim, dosent vəzifələrində işləyib.

 

 

*

1990-cı ildə dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik  dərəcəsini almışdır.

1995-ci ildə müsabiqə yolu ilə dosent vəzifəsinə təyin edilmişdir.

1990-cı ildən 2000-cı ilə kimi Universitetin Həmkarlar Təşkilatının üzvü seçilmişdir.

3 metodik vəsaiti,  5 elmi-metodik məqaləsi çap edilmişdir.