xalilovafil.e.n.,  dos. Xəlilova Təranə Əhməd qızı

1960-cı  il sentyabrın 12-də Bakı şəhərində аnаdаn оlmuşdur.

1977-ci ildə Аzərbаycаn Dövlət Pedaqoji İnstitutunun filologiya  fakültəsinə daxil olmuş və həmin institutu bitirmişdir.

1981-1984-cü illərdə İsmayıllı rayonu Qubaxəlilli kənd orta məktəbində çalışmışdır. 1985-ci ildən AMEA-da işləmişdir.

1989-cu ildən 1992-ci ilədək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş laborant, müəllim vəzifələrində çalışmışdır.

1993-cü ildən 2021-ci ilin dekabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili”  kafedrasında çalışıb. 2008-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

5 kitabın,  25 məqalə, proqram və metodik vəsaitin müəllifidir.

2021-ci ilin dekabrında vəfat edib.