etraf_rauf1_fotog.-m.e.n., dos. Quliyev Rauf Cəmil oğlu

1949-cu il mayın 2-də Bakı şəhərində anadan olmuşdur.

1966-cı ildə Bakı şəh. 189 N-li orta məktəbi (rus bölməsini) bitirmişdir.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
Universiteti bitirdikdən universitetin Elektronika kafedrasında laborant işləmişdir.

1972-ci ilin noyabrından Az. Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdində Yerin fizikası bölməsinə kiçik laborant, daha sonra kiçik elmi işçi vəzifəsinə keçmişdir. Burada dağ süxurlarının paleomaqnetizmi və seysmoloqiya sahələrində tədqiqatlarla məşğul olmuşdur.
1976-cı ilin fevralında Elmlər Akademiyası Rəyasət Heyətinin Yer haqqında elmlər şöbəsinin elmi katibi vəzifəsinə dəvət edilmişdir. 1986-cı ilin dekabr ayına kimi burada işləmişdir.
1986-cı ilin dekabrından Az.SSR EA-nın Dərin Neft-qaz Yataqlarının Problemləri İnstitutunda aparıcı mühəndis və elmi işçi vəzifəsində işləmişdir.

1990-cı ildə “Cənubi Xəzər çökəkliyində dərin batırılmış neft və qaz yataqlarının terrigen süxur-kollektorlarının petrofizik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və geoloji-mineraloji elmlər namizədi elmi dərəcəsi almışdır.

1991-ci ildə yenidən Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti  Aparatına baş mütəxəssis və vitse-prezidentin köməkçisi vəzifələrinə keçirilmişdir.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, eyni zamanda ictimai əsaslarla Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti  vəzifələrində çalışmışdır.

 

*

1992-1997-ci illərdə EA-da müxtəlif vəzifələrdə işləmişdir. 1997-2007-ci ilə qədər AMEA-nın vitse-prezidentinin köməkçisi vəzifəsində işləmişdir.

2007-ci ildən İqtisad Universitetində müxtəlif vəzifələrdə – rektor köməkçisi, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında baş müəllim, dosent işləmişdir.
Eyni vaxtda “Geoiqtisadiyyat” jurnalının məsul katibi olmuşdur. Bakı şəhərindəki Ekoloji litseyi təşkil edən və ilk müəllimləri sırasındadır.

Beynəlxalq konqreslərdə, konfranslarda  və forumlarda iştirakçı və məruzəçi olmuşdur.
1 monoqrafiya, 30-dan artıq məqalə və tezislərin müəllifidir, 2 müəllif şəhadətnaməsi vardır.

Müxtəlif vaxtlarda Ekologiya, Avtomobil nəqliyyatının ekoloji problemləri, Yanacaq-enerji kompleksinin ekoloji problemləri, Sənaye istehsalının əsasları, Ekologiya və təbiətdən istifadə fənləri üzrə mühazirələr oxumuşdur. İlk dəfə yeni ekoloji turizm növü, yəni kontrast ekoloji ekskursiyalar  təklif etmişdir.

2020-ci ilin dekabrında vəfat etmişdir.

IMG-20160930-WA0002 sertifikat 2 sertifikat1

*
UNEC müəllimi xarici universitetdə mühazirə oxuyub (12.10.2016)

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna