Gələcəyin innovativ universiteti – UNEC

30 NOYABR 2015 | VIEWS:
2078

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun innovasiya və strateji inkişaf məsələləri üzrə məsləhətçisi Məhəmməd Cəmilovun müsahibəsi:

– Məhəmməd müəllim, UNEC-də reallaşdırılan innovativ layihələrin zəruriliyi və əhəmiyyəti haqqında danışmağınızı xahiş edirik.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun olaraq ölkəmizdə iqtisadi inkişafın müasir mərhələsində innovasiyalara əsaslanan iqtisadiyyat və milli innovasiya sistemləri yaradılmaqdadır. Milli innovasiya sisteminin mühüm struktur elementi kimi dinamik inkişaf etməkdə olan universitetlər çıxış edir ki, onlar da müasir dövrdə bilik və innovasiyaların başlıca mənbələrindən biri hesab olunurlar. Bununla yanaşı, innovasiyalı təhsilin inkişafı, innovativ təhsil layihələri və texnologiyaların reallaşdırılması cənab Prezidentinmüvafiq sərəncamları ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və bu Strategiyanın həyata kecirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq milli təhsil sisteminin inkişafının strateji istiqamətlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyətdə olan innovasiya layihələrinə və onların nəticələrinə dövlətin sözügedən inkişaf proqramlarının reallaşmasına öz töhfəsi kimi nəzərdən keçirmək lazımdır.UNEC-də innovasiya layihələri kompleks sistemli yanaşma əsasında reallaşdırılır və başlıca strateji məqsədi UNEC-i müasir, innovativ və rəqabətqabiliyyətli universitetə çevirməkdir.

– UNEC-də innovasiya layihələrinin reallaşdırılması istiqamətləri və sferaları kimi nələri göstərə bilərsiniz?

Əlbəttə ki, burada birinci yerdə tədris və təlim texnologiyalarısahəsindəki innovativ layihələr dayanır. Mən xüsusi ilə Elektron Universitet Layihəsini qeyd etmək istəyərdim. UNEC ilk dövlət universitetdir ki “Elektron Universitet” elektron idarəetmə platformasının tədbiqinə müvəffəqiyyətlə başlayıb. İlkin mərhələdə universitetin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb, yeni sistem ilə bağlı dərs deyən müəllimlərə təlimlər keçirilib və noyabrın 1-dən etibarən isə əsas binada tədris prosesi yalnız yeni qaydalarla aparılır. “Elektron Universitet” sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Bununla da kağız üzərində jurnal, elektron jurnalla əvəz edilib. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya bilir. Bu isə semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradacaq. Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər. Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı müəllimin bütün mühazirələrinin onun kabinetində yerləşdirilməsi ilə bağlıdır. Həmin mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara uyğun olaraq həyata keçirilir.Tədris metodiki planlar isə sillabuslara uyğunlaşdırılır. Bu yenilik tələbəyə öz işçi kabineti vasitəsi ilə müəllimin kabinetinə daxil olaraqmühazirədən yararlanmağa imkan verir.

– “Elektron universitet” vasitəsi ilə müəllimlərin reytinqini də müəyyənləşdirmək mümkündür…

– Doğrudur. Müəllimlərin reytinqi elmi-pedoqoji və şəxsi inkişaf  fəaliyyətinə dair onların kabinetlərində yerləşdirdikləri məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək. “ElektronUniversitet” modeligələnildənetibarənuniversitetinbütüntədrisbinalardatətbiqolunacaq.Ümumiyyətlə, Elektron Universitetalitəhsil müəssisəsində görülən işlərin effektivliyini yüksəldən, modul-reytinq tədris sisteminə keçidi təmin edən kompleks təhsil, inzibati idarəetmə və təsərrüfat fəaliyyəti sistemidir. Düşünürəm ki, UNEC-də tədris prosesinin bütün komponentlərini əks etdirən“Elektron Universitet” platformasına keçid innovativ iqtisadi təhsilin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.

– Tədris və təlim texnologiyaları sahəsində innovativ layihələr çərçivəsində başqa nələri misal çəkə bilərsiniz?

– Uğurlu layihələrimiz çoxdur. Tədris-metodiki mərkəzinin innovativ alt layihələrindən danışa bilərik. Tədris yükünün “elektron xəritəsi” layihəsi çərçivəsində hazırlanan proqram vasitəsilə növbəti tədris ilində dərs yüklərinin kafedralar üzrə bölgüsünü daha tez həyata keçirməyə, vakant saatların aşkarlanması və digər ortaya çıxan problemlərin tez və operativ şəkildə aradan qaldırılmasına zəmin yaradılır.

UNEC tələbələrinin elektron kodlaşdırma sisteminəticəsində tələbələr öz tələbə biletlərini rahat şəkildə və dərs ilinin başlanğıcında ala biləcək, tələbə biletlərini itirdikləri zaman isə heç bir məlumatı itirmədən yenisi ilə əvəz edə biləcəklər.

2015-ci ilin yay imtahan sessiyasından başlayaraq apellyasiya komissiyasına müraciət prosedurunun sadələşdirilməsi, vaxt itkisini aradan qardırmaq məqsədi ilə ərizələrin qəbulu internet üsulu ilə həyata keçirilir. Layihənin proqram təminatınıİnnovativ Biznes-İnkubatorun startapçı olan II kurs tələbəmiz Fəqan Çələbəzadə hazırlayıb. Layihə rəhbəri isə mülki müdafiə kafedrasının müdiri Elçin Əliyevdir.

UNEC tələbələri üçün ikinci ixtisas üzrə diplom almaq imkanları layihəsini də vurğulamaq lazımdır. İki tədris proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70% eyni olduğu halda bu ixtisaslardan birində təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal olan tələbələrə imkan verilir ki, hər semestrdə 8 kredit həcmində 2-ci ixtisas üzrə əlavə fənlərin kreditlərini qazansın.

Tədris sahəsində reallaşdırılan mühüm innovativ layihələrdən əsaslarıUNEC-də fəaliyyət göstərən Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi Mərkəzi və  “2015-2016- cı tədris ili – Keyfiyyət İli” layihələrdir.Qısa zaman ərzində Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi Mərkəzi tədrisdə innovativ islahatların mənbəyinə çevrilib. Düşünürük ki, bu əhəmiyyətli innovativ layihənin reallaşdirilması nəticəsində UNEC-də keyfiyyətcə prinsipial yeni müasir tədris sistemi və təhsil mühiti yaradılacaq.

Universitetimizdə həyata keçirilən innovasiya layihələrindən danışarkən, ikinci yerdə Elektron idarəetmə sahəsindəki innovativ layihələri qeyd etmək lazımdır. Buraya “DocNet” elektron sənəd dövriyyəsi sistemi, www.unec.edu.azportalın yaradılması, http://library.unec.edu.az/ elektron kitabxana portalın yaradılması və elektron sənəd qəbulu sistemi daxildir.

– Bu layihələr haqqında ətraflı əlumat verməyinizi xahiş edirəm.

– Mayın 1-dən ali təhsil sistemində ilk olaraq UNEC-də elektron sənəd dövriyyəsi layihəsinə başlamışıq. “DocNet” sisteminin əsas məqsədikağız sənədlərdən maksimum imtina edilməsi və UNEC-də mövcud normativ sənədlərə zidd olmayaraq elektron kargüzarlığın təşkilidir. Layihə çərçivəsində üç əsas istiqamət üzrə – daxil olan məktublar, daxili sənədlər və çıxış sənədlər tamamilə elektronlaşdırılmış və hal-hazırda bütün proseslər daxili elektron sistemin vasitəsi həyata keçirilir. Sistemidarəetmə prosedurunun çevikliyini və şəffaflığını əhəmiyyətli dərəcədə artırır. Qeyd etməliyəm ki, “DocNet” sisteminin tədbiqi ali təhsil müəssisələrində müsbət rezonans yaradıb və artıq bu sistemin digər universitetlərdə yayılması istiqamətdə danışıqlar gedir.

Bildiyiniz kimi 2015-ci ildən UNEC-in yeni veb saytı www.unec.edu.az və mobil tətbiqin yaradılması layihəsi başlanıb və uğurla davam edir. Layihənin əsas məqsədi UNEC-in müasir kreativ və ən yüksək dünya standartlarina cavab verən internet səhifəsinin yaradılması, saytın yaxın gələcəkdə təlim-informasiya portalına çevrilməsi və mobil tədbiqetmənin hazırlanmasıdır. İndi layihənin ikincı mərhələsi icra olunur və mobil tətbiqinin hazırlanması başa çatır. Yekun olaraq layihənin nəticəsində “Mənim unversitetim – mənim cibimdə” konsepsiyası ilk olaraq reallaşacaq.

Xüsusı ilə qeyd etmək istəyirəm ki, unec.edu.az layihəsi qısa zaman ərzində uğurlu nəticə verib. Dünya universitetlərinin əhəmiyyətli reytinqi olan WEBOMETRICS reytinqə görə (yay 2015-ci il) universitetimizin saytı Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb vəTOP-5000 universitetsiyahısında UNEC ilk dəfə olaraq yer alıb. Mərkəzi və Şərgi Avropa universitetləri arasında 330-cu yer tutaraq, TOP-500-ə daxil olub. UNEC bütövlükdə Avropa universitetləri arasında 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq TOP-1500-ə daxil olub.

Library.unec.edu.az domenində qurulan elektron kitabaxananın saytında 5 dildə 2743 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 430 ədədi yüklənə bilən “PDF” formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (sillabus) yerləşdirilib.Saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir. Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin  istəklərini də qeydə ala bilməsidir. Rəy bildirmə hissədə istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər. Saytda həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb.

Perspektivdə isə UNEC-in kitabxana sisteminin ən müasir standartlar səviyyəsində qurulması dayanır. Bu sahədə Türkiyənin ən böyük və modern universitet kitabxanasına malik olan Bilkənt Universiteti UNEC-ə dəstək olacaq.

Bundan başqa, 2015-ci il yay qəbul kampaniyasında ilk dəfə olaraq UNEC-də yenidərhazirlanma təhsil və təkrar ali təhsil almaq ücün, eləcədə əcnəbi abituriyentlər üçün sənədlərin qəbulu internetdə elektron sənəd qəbulu sistemi vasitəsi ilə uğurla həyata keçirildi. Layihənin əsas nəticələrdən biri də qəbul prosesinin tam şəffaf və müasir üslubla həyata keçirilməsidir.

– Yeri gəlmişkən, bir az da UNEC-də idarəetmə sisteminin şəffaflığının yüksəldilməsi vəictimaiyyətlə əlaqələr sahəsində həyata keçirilən innovativ layihələr haqqında danışmağınızı xahiş edirəm.

– UNEC-in sosial marketinq və ictimaiyyətlə əlaqələr sistemində bir sıra innovativ layihələr uğurla həyata keçirilməkdədir. Bu layihələr universitetinin bütövlükdə idarəetmə sisteminin şəffaflığının və səmərəliliyininyüksəldilməsinə böyük təsir göstərir. Onlardan sosial şəbəkələrdə yeni komminikasiya, açıq qapı, oriyentasiya günü, Radio UNEC, azad kitabxana, ISO, universitetin maliyyə hesabatlarının “Ernst and Young” Şirkəti tərəfindən auditin keçirilməsi və digər layihələrdir.

Daha bir neçə uğurlu layihələrimiz isə elm və elmi-innovasiya fəaliyyətində həyata keçirdiyimiz innovativ layihələrdir. Buraya Elm və innovasiyalar Mərkəzinin yaradılması, Texnologiya Transfer Mərkəzi, “Gənc professor”, “Gənc müəllim” və “Elmi qrantlar” layihələri, Elm günləri və differensial əmək haqqı sistemi daxildir.

Bilidiyiniz kimi, rektorun əmri ilə UNEC-də Elm və innovasiyalar mərkəzi yaradılıb və fəaliyyətdədir. Ümumiyyətlə, yüksək intellektual təşkilatı olaraq universitetlərdə elmi fəaliyyətinin idarə edilməsinin ən populyar və səmərəli modeli –  Mərkəz modeli sayılır. Belə inzibati yanaşma universitetlərdə elmi potensialının gücləndirilməsinə və onun təkmilləşdirilməsinə geniş imkanlar yaradır. Mərkəzlərin nəzdində struktur inzibati vahidilərlə yanaşı müxtəlif yönümlü elmi-tədqiqat laboratoriyalar, institutlar, kafedralar, mərkəzlər və digər təşkilatlar fəaliyyət göstərə bilər. Elm və innovasiyalar mərkəzinə daxil olan iqtisadi-araşdırmalar elmi-tədqiqat institutunun əməkdaşları tərəfindən 2014-2015-ci illərdə bir sıra uğurlu elmi-innovativ layihələr həyata kecirilib.

2014-2015-ci illərdə UNEC-də iki elmi laboratoriya yaradılıb. Bunhlar Statistika kafedrasının nəzdində“Analitik informasiya resursları”və MBA proqramının nəzdində“İqtisadi İnkişaf” laboratoriyalarıdır. Hazırda “İqtisadi İnkişaf” laboratoriyasında əhəmiyyətli elm qrant layihəsi üzrə araşdırmalar başlanıb.

UNEC-də elm fəaliyyətinin güçləndirilməsi məqsədi ilə impakt faktorlu jurnallarda çap olunmuş məqalələrə görə mükafatlandırma sistemi tədbiq edilib. Düşünüruk ki, bu innovativ tədbir yaxın gələcəkdə bizim alimlərin məqalələrin nüfüzlu jurnallarda çap edilməsində və eləcədə UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinə müsbər təsir edəcəkdir.

– UNEC tələbələri sosial şəbəkələrdə xüsusi olaraq tələbələrlə iş üzrə həyata keçirilən innovativ layihələrdən razı olduqlarını bildirirlər.

– Bu sahədə çox uğurla müxtəlif layihələr həyata keçirilir. Bunlar “Tələbə rektor”, Yaradıcılıq Mərkəzi, UNEC-in BMT modeli üzrə klubu, Azad Kitabxana layihələri, “İqtisadçı Tələbələrə Dəstək”, “İqtisadçı Gənclər Akademiyası”, “Gənc Menecerlər” İctimai Birlikləridir. Hazırda isə UNEC-85 yubiley tədbirlərin çərçivəsində Məzunlar Assosiasiyasınınyaradılması və onun təsis edilməsi üzrə işlər tamamlanır. Dekabrda universitet məzunların I Forumunun keçirilməsi planlaşdırır.

– Tələbələri həmçinin işədüzəltmə və karyera inkişafı sahəsində atılan addımlar maraqlandırır.

– Bu sahədə UNEC-də bir çox innovativ layihələr həyata keçirilir. İnnovativ Biznes-İnkubator, Biznes Mərkəzi, Məzun Yarmarkaları, Məzun yarmarkaların Onlayn rejimdə təşkili, Karyera Mərkəzi, Virtual Müəssisə, “Bank işi” təlim laboratoriyası, “Maliyyə” təlim laboratoriyasında bu istiqamədə uğurlu layihələr həyata keçirilir.

Ümumiyyətlə, qeyd etməliyəm ki, UNEC-də innovativ layihələr kompleks və sistemli şəkildə həyata keçirilir,  2015-2016-ci tədris ili bu istiqamət üzrə həlledici il olacaq və ümüdvarıq ki, “Keyfiyyət İli” çəçivəsində nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması UNEC-in müasir innovativ universitetə transformasiyasını təmin edəcəkdir.

 

2079 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna