Gənc müəllimlərin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi üçün UNEC-dən fürsət

13 NOYABR 2020 | VIEWS:
451

telimUNEC-də “Pedaqoji fəaliyyətdə müasir tədris  üsulları” mövzusunda onlayn təlimlərə start verilir.

16-20 noyabr tarixlərində keçiriləcək təlimlər UNEC-ə yeni qəbul olunan gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi  məqsədilə təşkil olunacaq. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, UNEC nəzdində kolleclərin müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin də müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin  təşkilatçılığı ilə təşkil olunacaq 5 günlük təlimlər ZOOM platforması üzərindən aparılacaq. İştirak etmək istəyənlər Qeydiyyatdan keçməlidirlər.

Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri və  xarici ölkələrin (ABŞ Kanzas Universitetinin, Türkiyənin Ozan, Yıldız Texnik, Doqquz Eyül universitetləri) professorları tərəfindən keçiriləcək.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

  • “Kredit sistemi ilə tədrisin təşkil edilməsi və Elektron idarəetmə modelindən  istifadə qaydaları” (UNEC Eduman modeli),
  • “Tədris materiallarının: Sillabusların, mühazirələrin və təqdimatların müasir standartlara uyğun hazırlanması qaydaları”;
  • “Mühazirə və məşğələ dərslərin  müasir   metodlarla idarə  edilməsi” (Xüsusilə İqtisadiyyat və texnoloji ixtisaslar üzrə mühazirə və məşğələ dərslərin təşkili);
  • “Biliyin qiymətləndirilməsi üsulları: Açıq və qapalı testlərin hazırlanması metodikasında vacib olan məqamlar”;
  • “Elmi tədqiqatlarda beynəlxalq əməkdaşlığın rolu. Plaqiarizm və istinad Kartelləri: Növləri və yayınma yolları”.

PROQRAM

http://news.unec.edu.az/xeber/100-elm/6891-genc-muellimlerin-muasir-tedris-bacariglarinin-tekmilleshdirilmesi-uchun-unec-den-furset

452 1