tenzim_cemilova_fotoi.e.n., dos. Cəmilova Gülnarə Fərxar qızı

1980-ci  ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aspiranturanı bitirmişdir və Tiflis Elmlər Akademiyasının «İqtisadiyyat və hüquq» institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1983-cü ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda şöbə müdiri işləmişdir.

 

1985-ci ildən həmin institutun elmi katibi vəzifəsində çalışmışdır.

1998-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Humanitar və ictimai elmlər» şöbəsində rəis müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 4 dekabr 2012-ci il tarixli qərarı ilə dosent elmi adı vermişdir.

2002-ci ildən 2017-ci ilə kimi İqtisad Universitetinin «İqtisadiyyatın tənzimlənməsi» kafedrasında dosent vəzifəsində çalışıb. 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

20-dən artıq elmi əsərin müəllifidir.