ekon_sadi1_fotoi.e.n., dos. Əbdürəhmanov Sədi Məhəmməd oğlu

1940-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur.

1958-ci ildə orta məktəbi qızıl medalla bitirmişdir.

1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, fərqlənmə diplomu ilə bitirib Universitetdə əmək fəaliyyətinə başlamışdır.

1965-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisad Riyaziyyat İnstitunda məqsədli aspiranturada təhsil almış və SSRİ Elmlər Akademiyasında Gənclər arasında iş üzrə xüsusi komissiyanın sədri olmuşdur.

1969-cu ildə Moskva şəhərində namizədlik disertasiyasını müdafiə etmişdir.

1976-1978-ci illərdə “İqtisadi kibernetika” kafedrasının müdiri;
1978-1985-ci illərdə Ümumiqtisad fakültəsinin dekanı seçilmişdir.

 

*

1985-1995-ci illərdə Azərbaycan Elmlər Akdemiyasının Kibernetika İnstitunda “Riyazi metodların iqtisadiyyata tədbiqi” ixtisası üzrə müdafiə şurasının üzvü olmaqla respublikada optimal idarəetmə üzrə mütəxəssilərin hazırlanmasında və yeni ixtisas olan “İqtisadi kibernetika” üzrə məktəbin yaradılmasında fəal iştirak etmişdir. 1976-2005-ci illərdə Azərbaycan Dövlət Universitetində Elmi şuranın üzvü olmuşdur.

1992-2005-ci illərdə “İnformatika və İdarəetmə” və “Menecment” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

60 dan çox elmi əsəri çap olunmuşdur. 4 tədris vəsaitinin və 2 monoqrafiyanın müəllifidir, 10 elmi əsəri  xarici ölkələrdə çap olunmuş və bir sıra Beynəlxalq konfranslarda çıxış etmişdir.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Ekonometrika” kafedrasının Fəxri professorudur.

Evlidir, iki övladı və dörd nəvəsi  var.