bim_gul_fotoi.e.n., dos. Əliyeva Gülbəniz Tofiq qızı

26 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1984-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi qızıl medalla bitirmişdir.

1989-cu ildə M.Əzizbəyov adına Neft və Kimiya İnstitutunu (indiki Azərbaycan Neft Akademiyası)  Fərqlənmə diplomu ilə başa vurmuşdur.

1989-cu ildə Azərbaycan Elmlər Akademiyası (indiki AMEA İİ) İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1995-ci ildə orada namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

 

 

*
1995-ci  ildən Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Sahibkarlıq və antiinhisar şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında müəllim, 2003-cü ildən baş müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərir.

2010-2016-cı illərdə Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekan müavini ( qiyabi şöbə üzrə) vəzifəsində çalışıb.

45-dən artıq elmi metodiki əsərin müəllifidir.

Ailəlidir, iki övladı var.