tic_ay_fotoi.e.n., dos. Əlizadə Aysəba Şəmsi qızı

1941-ci il martın 29-da Gürcüstanın Borçalı mahalında anadan olmuşdur.

1961-1966-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində Əmtəəşünaslıq ixtisası üzrə təhsil almışdır.

1966-1967-ci illərdə əmtəəşünas, 1968-1971-ci illərdə orta məktəb müəllimi,  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Ticarətin iqtisadiyyatı və idarə edilməsi» kafedrasında laborant və baş laborant işləmişdir.

1972-1974-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının əyani şöbsəsində təhsil almışdır.

 

*

1981-ci ildə Kiyev şəhərində iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1982-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ticarətin iqtisadiyyatı və idarə edilməsi», «Marketinq» kafedralarında işləmişdir.

1995-ci ildə dosent elmi adı verilmişdır.

2004-2006-cı illərdə Kommersiya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

17 fənn proqramı, 6 dərs vəsaiti 2 dərsliyi, 100-dən çox elmi məqaləsi çapdan çıxmışdır.