i.e.n., dos. Hüseynov Eldar Hüseinfor_eldar_fotoyn oğlu

1954-cü ilin yanvar ayının 26-da Azərbaycan  Respublikasının  Qazax rayonunun Göycəli  kəndində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan  Dövlət  Universitetinin  tətbiqi  riyaziyyat  fakultəsinə daxil olmuşdur.
1976-ci ildə həmin fakultəni bitirərək təyinatla Azərbaycan Milli Elimlər Akademiyasının Kibernetika İnstitutunda  riyaziyyat-proqramist  vəzifəsində çalışıb.

1979-cu ildə Kibernetika İnstitutunun məqsədli aspiranturasına qəbul edilmiş və Moskva şəhərində İdarəetmə İnstitutunun “Şəhər təsərrüfatının avtomatlaşdırılımış idarəetmə” kafedrasında aspirant olmuşdur.

 

 

*

1986-ci ildə Kibernetika  İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1989-cu ildən 2017-ci ilin oktyabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.

2 elmi əsərin və 32-dən çox elmi məqalə, dərslik və proqram vəsaitlərinin müəllifidir.

Ailəlidir, iki övladı var.