bank_sabir_fotoi.e.n., dos-məsl. Qəhrəmanov Sabir Carulla oğlu

1937-ci il  dekabrın 3-də Balakən rayonunun Qazma kəndində anadan olmuşdur.

1959-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) Maliyyə və kredit ixtisasını əla diplomla üzrə bitirmişdir.  Universitetdə oxuyarkən «Stalin»  təqaüdçüsü olmuşdur. İlkin təyinatla həmin universitetin «Maliyyə və kredit» kafedrasında baş laborant vəzifəsində işləmişdir.

1961-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin «Maliyyə və kredit» kafedrasında əyani aspirant olmuş, namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Həmin kafedrada müəllim vəzifəsində işləmişdir.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması ilə əlaqədar orada «Maliyyə və kredit» kafedrasında işini davam etdirmiş, baş müəllim, dosent işləmişdir. Həmin kafedranın bazasında yaradılan «Bank işi» kafedrasında işini davam etdirmişdir.

 

 

*

2012-ci ildə Fəxri professor adı verilmişdir.
Hazırda “Maliyyə və maliyyə institutları” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışır.

SSRİ-də ali təhsil sahəsində xidmətlərinə görə SSRİ Ali və Orta ixtisas nazirliyi tərəfindən «İşindəki əla nailiyyətlərinə görə» döş nişanı ilə təltif edilmişdir.

70 elmi əsər və tədris vasitəsinin, habelə təsərrüfat müqaviləsi əsasında yerinə yetirilmiş işin müəllifidir.

Son illərdə «Pul və kredit» dərsliyində 3 fəslin müəllifdir. Universitetdə nəşr edilən «İqtisadi  elmlər: nəzəriyyə və praktika» jurnalında 2 məqaləsi nəşr edilmişdir. Kafedranın bəzi tədris proqramların tərtibində həmmüəllif kimi iştirak etmişdir.

Evlidir, dörd övladı və nəvələri var.