1statistika_muradov_pashai.e.n., dos. Muradov Paşa Qurban oğlu

1932-ci il mayın 25-də Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur.

1939-cu ildə Qarabağlar kənd orta məktəbinin birinci sinfinə daxil olmuşdur.
1949-cu ildə həmin məktəbi bitirərək Naxçıvan C.Məmmədquluzadə adına iki illik pedaqoji institutun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ildə həmin  institutu bitirərək K.Marks ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1955-ci ildə həmin institutu Statistika ixtisası üzrə bitirərək iqtisadçı ixtisasını almışdır.

1972-ci ildə «Pambığın maya dəyəri və onun aşağı salınması yolları» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

1978-1980-ci illərdə Azərbaycan MK yanında Ali partiya məktəbinin kadr-ideologiyası fakültəsini bitirmişdir.

05.07.2007-ci il tarixində Universitetin elmi şurasının qərarı ilə (protokol N 69) «Statistika» kafedrası üzrə professor fəxri adı verilmişdir.

110 adda, 405,6 ç.v. həcmində elmi və metodiki əsərləri çap edilmişdir.

 

 

*
Əmək fəaliyyəti:

18.08.1955-28.08.1956-cı illərdə Culfa rayon Statistika idarəsinin müdiri;
28.08.1956-08.05.1957-ci illərdə Culfa rayon İstehlak Cəmiyyətində ticarət işləri üzrə müavin;
15.05.1957-09.09.1959-cu illərdə Şərur rayon İstehlak Cəmiyyətində müfəttiş-təftişçi;
15.05.1959-09.12.1960-cı illərdə Şərur Pambıq təmizləmə zavodunda mühasib-təftişçi, istehsal müdiri;
05.12.1960-25.04.1967-ci illərdə Naxçıvan MR avtonəqliyyatı idarəsinin baş iqtisadçısı, müdir müavini;
25.04.1967-22.01.1968-ci illərdə Naxçıvan MR Maliyyə Nazirliyinin nəzarətçisi müfəttişi;
22.12.1967-22.04.1973-cü illərdə Naxçıvan MR üzümçülük-şərabçılıq trestinin plan-maliyyə şöbəsinin müdiri;
19.04.1973-29.08.1974-cü illərdə İliç rayonunun 3N-li tütünçülük sovxozunun direktoru;
01.09.1974-15.10.1975-ci illərdə Lenin ad. Azərbaycan Pedaqoji İnstitutunda saat hesabı müəllim;
16.09.1975-15.04.1977-ci illərdə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili elmi tədqiqat institutunda baş elmi işçi;
04.1977-1979-cu illərdə D.Bünyadzadə ad. AzXTİ-nun ETŞ müdiri, eyni zamanda 1977-1979-cu illərdə «Statistika» kafedrasında saat hesabı müəllim;
04.1980-1983-cü illərdə «Statistika» kafedrasının müəllimi işləmişdir.

30.12.1983-2016-cı illərdə «Statistika» kafedrasının dosenti olub.