Mərkəz haqqında ümumi məlumat

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi (TKQİM) Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğunun struktur bölməsidir və UNEC-in keyfiyyət təminatı sisteminin tələblərinə uyğun olaraq  tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə nəzarət kimi funksiyaları həyata keçirir.

Mərkəz eyni zamanda UNEC-də bakalvr və magistrantların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.

Mərkəz 2015/2016-cı tədris ilindən etibarən  UNEC Elektron Universitet Modelinin modlullarının hazırlanması və tətbiqi ilə əlaqədar işləri icra etməkdədir.

Yaranma tarixi, normativ-hüquqi əsasları: Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi UNEC rektorunun  30 sentyabr  2014-cü il tarixli 121/3 saylı əmri ilə yaradılıb. Mərkəz öz funksional fəaliyyətində UNEC rektorunun əmri ilə təsdiq olunmuş Əsasnaməyə istinad edir.

Mərkəzin strukturu və işçi heyəti: Mərkəzin tərkibində “Tədrisin keyfiyyətinə nəzarət”, “İmtahanların təşkili” və “Elektron universitet” şöbələri fəaliyyət göstərir.

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsinin zəruriliyini nəzərə alaraq Elmi Şuranın 29.11.2019-cu il tarixli qərarının icrasını təmin etmək məqsədilə TKQİM-nin Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Müəllim təlim mərkəzi yaradılıb.

Ümumilikdə mərkəzdə 26 əməkdaş fəaliyyət göstərir və onların ştat cədvəlinə uyğun vəzifə təyinatı aşağıdakı qaydada aparılmışdır:

s/s Vəzifə Əməkdaş(soyadı, adı, atasının adı)
1.                    Direktor
2.        Direktor müavini
 “Tədrisin keyfiyyətinə nəzarət” şöbəsi (492-25-06)
3.        Mütəxəssis Xəlilova Qərənfil Bəxtiyar
4.        Mütəxəssis Əliyeva Aygün Tofiq
5.        Mütəxəssis Cəfərova Leyla Cəfər
6.        Mütəxəssis Əhmədova Aynur Fazil
 “İmtahanların təşkili” şöbəsi  (492-83-31; 492-62-52)
7. Şöbə müdiri Bədəlov Tahir Nadir
8.      Şöbə müdir müavini Musayev Natiq Sultan
9. Böyük mütəxəssis Məmiyev Sənan Kamran
10.    Böyük mütəxəssis Novruzova Günel Niyazi
11.    Böyük mütəxəssis Ramazanova Şirin Cavanşir
12.    Mütəxəssis Gülməmmədova İradə Abasət
13.    Mütəxəssis Quliyeva Aynurə Yusif
14.    Statistik Nağdəliyeva Rəhilə Nəsib
15.    Operator Məmmədli Günay Yusif

*

 “Elektron universitet” şöbəsi   497-58-39; 492-59-25; 18-46 (daxili: 1123) Facebook
1.        Şöbə müdiri
2.        Böyük mütəxəssis Hüseynova Leyla Fikrət
3.        Böyük mütəxəssis Hüseynova Qumral Sübhan (ana.məz.)
Hüseynova Tofiqə Ataxan
4. Böyük mütəxəssis Əliyeva Könül Səfərəli
Məmmədli Məryəm Məhəmməd
5. Aparıcı mütəxəssis Mustafayeva Dünya Azəri
6. Aparıcı mütəxəssis Məmmədova Səidə Yaqub
7.        Mütəxəssis Aslanova Bənövşə Babək
8.        Mütəxəssis Əliyeva Fatimə Natiq

 

DSC_4416navainavai_eldar_3757

TKQİM ƏSASNAMƏ